Londonda polis səlahiyyətlərinin genişləndirilməsinə qarşı keçirilən etiraz nümayişi zamanı 9 nəfər saxlanılıb.
Trend TASS-a istinadən xəbər verir ki, Britaniya paytaxtının mərkəzindən keçən yürüşdə mindən çox insan iştirak edib.
İngiltərə şəhərlərində polisə əlavə səlahiyyətlər verən, o cümlədən etiraz nümayişlərini dağıtmaq, vandalizm və ictimai qayda pozuntularına görə cəzaları sərtləşdirən mübahisəli qanun layihəsinə qarşı nümayişlər koronavirus məhdudiyyətlərinə baxmayaraq mart ayından indiyədək davam edir.