İngiltərənin paytaxtı Londonda İsrailə qarşı etirazlar aksiyaları davam edir.
AzerTimes xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb.
Məlumata görə, Fələstin tərəfdarı olan minlərlə nümayişçi İsrail və HƏMAS arasında gərginləşən qarşıdurma fonunda Londonun mərkəzi küçələrinə çıxıb. Bayraqlar və plakatlar daşıyan insanlar paytaxtın mərkəzinə doğru irəlilədikcə “Azad, azad Fələstin” şüarları səsləndiriblər.