Londonda “Extinction Rebellion” ekoloji hərəkatının tərəfdarlarının etiraz aksiyalarında 100-dən çox ekofəal saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə London hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir.
Bildirilir ki, fəallar hökumətdən bərpa olunmayan enerji mənbələrinə sərmayə qoymağı dayandırmağı tələb edirlər.
Daha əvvəl “Extinction Rebellion” hərəkatının nümayəndələri ictimaiyyətin diqqətini ətraf mühit və iqlim dəyişikliyinə cəlb etmək üçün iki həftə ərzində hər gün nümayişlər keçirmək niyyətində olduqlarını açıqlayıblar.