Böyük Britaniyanın paytaxtı Londonda nümayişlər keçirilib.
AzerTimes xəbər verir ki, nümayişlərin keçilmə səbəbi kimi ölkədəki inflyasiyanın 9 faizə çatması göstərilir. Qiymət artımına etiraz edən nümayişçilər kilometrlərlə yol qət edərək Parlament meydanına çatıblar.
Onlar “Maaşları artırın, ödənişləri azaldın” tələblərini irəli sürüblər.