Böyük Britaniya Ukraynanın Rusiyanın dərinliklərindəki hərbi hədəfləri vurması imkanları ilə bağlı təklifləri üzərində işləyir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun baş komandanı, general Aleksandr Sırski Böyük Britaniya ordusunun komandanı Toni Radakinlə telefon danışığından sonra deyib.
“Biz əməliyyat və strateji dərinlikdə düşmənin hərbi obyektlərinin vurulması imkanlarını ayrıca müzakirə etdik. İndi Britaniya tərəfi qələbə planının praktiki icrası çərçivəsində öz təklifləri üzərində işləyir”, – Sırski bildirib.