London sübut təqdim etdi: İran TŞ-nin qətnaməsini pozur

London sübut təqdim etdi: İran TŞ-nin qətnaməsini pozur

SEPAH BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur. Bunun sübutu kimi Britaniya Hərbi Dəniz Qüvvələrinin ələ keçirdiyi İrana məxsus silahlar BMT-yə təqdim olunub.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda Britaniya hökuməti Körfəzdəki beynəlxalq sularda İranın yer-hava raketləri və qanadlı raket mühərrikləri də daxil olmaqla, iki silah yükünün ələ keçirildiyini bildirib.

London buna əsaslanaraq İranın BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi 2231 və 2140 saylı iki qətnaməni pozduğunu qeyd edib.

Teqlər: