London şəhərində 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb (FOTO/VİDEO)

Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Komitənin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho” ərazisində, “London Eye” ərazisində , “South bank” ərazisində “Covent Garden” ərazisində və “Knightbridge” ərazisindəki binalar üçrəngli bayrağımızın rənglərinə boyanıb.

London vaxtı ilə saat 19:00-dan başlayan işıqlandırma mərasimi 01:00-a kimi davam edib.


Teqlər: