Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Kamçatka və Adıgey qubernatorları, jurnalist Anton Krasovski və bir neçə başqa məmur siyahıya əlavə olunub. Krımda yerləşən “Artek” uşaq mərkəzi də sanksiyalara məruz qalıb”, – məlumatda deyilir.