London ekzotik dəridən hazırlanan geyimlərə qadağa qoydu

London ekzotik dəridən hazırlanan geyimlərə qadağa qoydu

2025-ci ildən etibarən London Moda Həftəsində timsah, alliqator və ilan dərisindən hazırlanan məhsulların nümayişinə qadağa qoyulacaq.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı “Quardian” yayıb.

Nəzrin yazdığına görə, Beynəlxalq Heyvanların Müdafiəsi Təşkilatının Böyük Britaniya üzrə nümayəndəsi Şarlotta Riqan Londonun bu qərarını “moda sənayesi üçün heyvanların dərilərindən istifadənin qeyri-etik və lazımsız olduğu barədə mühüm siqnal” kimi qiymətləndirib.

“Dəb naminə milyonlarla heyvan əziyyət çəkir və ölür, halbuki dizaynerlər və geyim istehsalçıları bir çox innovativ materialdan yararlana bilər”, – deyə Riqan qeyd edib.

Vurğulanır ki, 2023-cü ildə London dörd əsas moda həftəsi keçirilən şəhərlər arasında təbii xəzə qadağa qoyan ilk şəhər olub və indi ekzotik dəriləri də qadağan edən ilk şəhər siyahına daxil olacaq. Lakin Nyu York, Paris və Milandakı nümayişlərdə hələ də xəz və dəri məhsulları istifadə olunur.

Teqlər: