Böyük Britaniya qanunsuz miqrant axınının dayandırılmasına kömək edəcəyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsindən çıxa bilər.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.
“Hesab edirəm ki, sərhədlərin qorunması və qeyri-qanuni miqrasiyaya nəzarət istənilən xarici məhkəməyə üzvlükdən daha vacibdir, çünki bu, suverenliyimiz üçün əsasdır”, – o bildirib.