Rusiyanın məşhur müğənnisi Lolita Milyavskaya fitness məşqçisi olan əri Dmitri İvanovdan rəsmi olaraq ayrılıb.
Bu barədə D. İvanov iclasdan sonra KİV nümayəndələri ilə danışarkən bildirib. Dmitri qeyd edib ki, 7 aydır davam edən məhkəmə çəkişməsi başa çatıb.
“Lolita və onun vəkili evliliyimizi uydurma kimi tanıtmaq istədi və məni dərhal hər şeydən – Rusiya və İsrail vətəndaşlığından məhrum etdilər”,- deyə idmançı qeyd edib.
Müğənni isə məhkəmə prosesində iştirak etməyib, onun maraqlarını vəkil Sergey Jorin müdafiə edib.
Qeyd edək ki, Dmitri İvanov Lolitanın sayca beşinci həyat yoldaşı olub. Onların evliliyi 9 il davam edib.