Qaradağın Lökbatan qəsəbəsininin sakinləri yaşadıqları yerə yeni
avtobus xəttinin açılmasını istəyirlər. Qəsəbə sakinləri bildirir
ki, şəhərə gediş-gəlişdə hər gün problem yaşanır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) məsələ ilə bağlı Trend-ə bildiriblər ki, qəsəbə üzrə hər hansı
əlavə müntəzəm xəttin təşkili gündəmdə deyil.
“Lökbatan qəsəbəsini şəhər mərkəzi ilə əlaqələndirən 125 nömrəli
müntəzəm xətt mövcuddur. Xəttin müvəqqəti istismarı “BakuBus” MMC
təfindən icra edilir. Hazırda qəsəbə üzrə hər hansı əlavə müntəzəm
xəttin təşkili gündəmdə deyil”, – deyə agentlikdən qeyd edilib.