Lökbatan qəsəbəsində “Abad məhəllə” sakinlərin istifadəsinə verilib (FOTO)

Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.

Lökbatan qəsəbəsinin D.Bünyatzadə küçəsində 14, 14a və 14b binalarının həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilmişdir.

Ətraf ərazilər abadlaşdırıldı, yeni yaşıllıq zolaqları salındı, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırıldı. Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edildi. Şüşələnmə və boyaq işləri görüldü, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənmişdir.

Qeyd edək ki, 132 ədəd platik pəncərə quraşdırılmış, 465 kv.m mışar daşı ilə divar hörülmüş, 1980 kv.m divara suvağ vurulmuş, 14 000 kv.m sahəyə emulsiya çəkilmiş, 5082 kv.m sahəyə asfalt örtüyü salınmış, 1697 m səki daşı quraşdırılmış, 360 kv.m aqlay daşı vurulmuşdur. Bundan əlavə 24 ədəd küçə işiğı, 4 ədəd kölgəlik, 14 ədəd oturacaq, 2 uşaq meydançası quraşdırılmış, 1100 ədəd ağac əkilmişdir.

Teqlər: