Böyük Britaniyanın Baş naziri Liz Trassın şəxsi məlumatları internetə sızdırılıb.
AzerTimes xəbər verir ki, hakerlər Liz Trassın telefon nömrəsi ilə bərabər, hökumətin daha 25 üzvünün şəxsi məlumatını satışa çıxarıblar. Məlumat hakerlərin qapalı saytına yerləşdirilib. Orada hətta müdafiə, daxili işlər və xarici işlər nazirlərinin də telefon nömrələri var.
Hakerlər nömrələri istəyən şəxsə 6,5 funta (10 dollara) satırlar.
Böyük Britaniya hökuməti araşdırmaya başladığını elan edərək, dərc edilən məlumatların bəzilərinin köhnəldiyini qeyd edib.