Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkar Partiyanın lideri və Baş nazir vəzifələrinə namizədliyini irəli sürüb.
AzerTimes xəbər verir ki, bu barədə siyasətçi Teleqraf nəşri üçün yazdığı məqaləsində qeyd edib.
“Seçkilərdə mühafizəkartək mübarizə aparacağam, mühafizəkartək idarə edəcəyəm. İstər Ukraynada Vladimir Putinin məğlubiyyətini təmin etmək, istərsə də iqtisadiyyatı stimullaşdırmaq olsun, mən Baş nazir kimi işin arxasına keçəcəyəm”, – o qeyd edib.