Liviyanın paytaxtı Tripolidə hökumət qoşunları ilə silahlı qruplaşma arasında baş verən toqquşmalarda ölənlərin sayı 55-ə, yaralıların sayı isə 146-ya çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Libya Əl-Ahrar” telekanalı məlumat yayıb.
Qeyd edək ki, Tripolidə “Ər-Rada” qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər davam etməkdədir.