Liviyanın paytaxtı Tripoli ətrafında şiddətli döyüşlər başlayıb və gün ərzində davam edib.
AzerTimes xəbər verir ki, Tripolinin ətrafındakı silah anbarına hücum edən və general Xəlifə Haftarın nəzarətində olan silahlı qruplaşmalar paytaxt küçələrinə daxil olmağa cəhd edirlər. Şəhərin mərkəzində isə yanğınların baş verdiyi bildirilir.
Liviyanın keçici hökumətinin tabeliyində olan ordunun sözçüsü Məhəmməd Qununu mətbuat konfransında bildirib ki, Əbdülhəmid Dibeybəni müdafiə edən hərbçilər general Xəlifə Haftarın Tripoliyə daxil olmasının qarısını alacaqlar.
Liviyada Əbdülhəmid Dibeybənin başçılıq etdiyi Tripolidəki Milli Birlik Hökuməti ilə şərqdə yerləşən və parlamentin dəstəklədiyi Fəthi Başağanın rəqib hökuməti arasında gərginlik kulminasiya nöqtəsinə çatıb. BMT və Qərb ölkələri onları dialoqa çağırıb.