Liviyanın neft ixracını dayandırmasından gündəlik itkiləri 60
milyon dollar təşkil edir.
Trend xəbər
verir ki, bunu ölkənin neft və qaz naziri Abdel Hamida Dbeiba
Mohammed Aoun deyib.
Onun sözlərinə görə, dünya bazarlarında neftin orta qiymətinin
100 dollardan yuxarı olduğunu nəzərə alsaq, Liviya gündəlik 60
milyon dollar itki ilə üzləşir.
Bununla belə, iqtisadçıların fikrincə, neft hasilatının məcburi
dayandırılması və ixrac limanlarının bağlanması nəticəsində ölkənin
gündəlik itkiləri artıq 150 milyon dolları ötüb. Bildirilir ki, son
yeddi ayda neft infrastrukturunda karbohidrogen hasilatının
dayanmasına səbəb olan təxribat aktları nəticəsində Liviya
iqtisadiyyatına 90 milyard dollar ziyan dəyib.
Bundan əvvəl nazir ölkədə neft hasilatının sutkada 400 min
barelə qədər düşdüyünü bildirmişdir. Bu təxminən 2,5 dəfə azalma
deməkdir.