Liviyada münaqişə tərəfləri razılaşdı: seçkilər olacaq

Liviyada münaqişə tərəfləri razılaşdı: seçkilər olacaq

Liviyada münaqişə tərəflərinin xüsusi elçiləri ölkədə xeyli gecikmiş prezident və parlament seçkilərinin keçirilməsi üçün hüquqi addımlar barədə razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Mərakeşdə iki həftədən çox davam edən danışıqlardan sonra hər iki tərəfin nümayəndələri razılaşma əldə edib, lakin bəzi fikir ayrılıqları səbəbindən müvafiq sənəd imzalanmayıb. Eyni zamanda, səsvermənin tarixi də müəyyən edilməyib.

Qeyd edək ki, Liviyada seçkilər 2021-ci ilin dekabrında keçirilməli idi, lakin bu, əsas məsələlərdə fikir ayrılıqları səbəbindən təxirə salınmışdı.

Teqlər: