“Liverpul”un baş məşqçisi Yurgen Klopp ispaniyalı Xosep
Qvardiolanı dünyanın ən yaxşı baş məşqçisi adlandırıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Sky Sports” televiziya kanalı xəbər
verib.
“Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Düşünürəm ki, hamı bu
sözlərlə razıdır. Mən başa düşmürəm ki, kimsə bu barədə necə
şübhələnə bilər”, – deyə Y.Klopp qeyd edib.
Qeyd edək ki, aprelin 10-da İngiltərə Premyer Liqasının 32-ci
turu çərçivəsində “Mançester Siti” – “Liverpul” oyunu
keçiriləcək.