İngiltərənin “Liverpul” klubu Almaniyalı baş məşqçisi Yurgen
Kloppla müqaviləni uzadıb.
Trend xəbər
verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat
yerləşdirilib.
Baş məşqçi ilə əvvəlki müqavilə 2024-cü ildə başa çatırdı.
Kloppla yeni müqavilənin təfərrüatları açıqlanmır.
Xatırladaq ki, aprelin 27-də “Liverpul” Çempionlar Liqasının
yarımfinal mərhələsinin ilk oyununda doğça divarlar arasında “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib. Cavab görüşü mayın 3-də
İspaniyada baş tutacaq.
İngiltərə Premyer Liqasının (APL) 33-cü turundan sonra “Liverpul” 79 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Mersisaydlılar “Mançester Siti”dən 1 xal geri qalırlar.
Yurgen Klopp 2015-ci ildən “Liverpul”un baş məşqçisidir. Hazırki
postuna o klubuna Premyer Liqada və Çempionlar Liqasında çempionluq
sevinci yaşadıb.