UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti turu çərçivəsində İngiltərənin “Liverpul”u doğma meydanda “Atletiko Madrid”i 2:0 hesabı ilə məğlub edib.
Trend xəbər verir ki, ev sahiblərindən portuqaliyalı Dioqo Jota və Sadio Mane fərqləniblər. Mersisaydlılar mübarizənin nəticəsini elə ilk hissədəcə – müvafiq olaraq 13 və 21-ci dəqiqələrdə həll ediblər.
Beləliklə, dörd görüşdə dörd qələbə qazanan “Liverpul” turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib.
Eyni nəticə ilə 1/8 finala Almaniyanın “Dortmund” klubuna səfərdə əzmkar qələbə qazanan “Ayaks” yüksıəlib.
Hesabı almanlar açıb. 37-ci dəqiqədə Marko Roys fərqlənib. Bununla belə, matçın bitməsinə 20 dəqiqədən bir az artıq qalmış hollandlar 3 qol vuraraq, nəticəni öz xeyrlərinə dəyişə biliblər.