Xəbər - Orxan Nəbiyev – Trend:
İngiltərənin Liverpul şəhəri UNESCO-nun Ümumdünya irsi siyahısından çıxarılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya irsi komtəsinin 44-cü sessiyası zamanı qərar verilib.
Qeyd olunur ki, şəhər universal dəyərləri əks etdirən xüsusiyyətləri itirdiyi üçün siyahıdan çıxarılıb.
Şəhər “Liverpul – dənizçilər və tacirlər şəhəri” adı ilə 2004-cü Ümumdünya irs siyahısına salınmışdı. Şəhərdə icra olunması planlaşdırılan uzunmüddətli “Liverpool Waters” layihəsinin əlaqədar şəhərin şimalındakı liman ərazisinin tarixi dəyərinin itirilməsi təhlükəsi yaranıb.
Liverpul Almaniyanın Drezden şəhərin yaxınlığındakı Elba vadisi və Omandakı ərəb antilopu qoruğundan sonra Ümumdünya irsi siyahısından çıxarılan üçüncü obyekt olub.