“Liverpul” futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu

“Liverpul” futbol komandası ilk dəfə doğma stadionunda beş matç dalbadal məğlub oldu.

AzerTimes-ın məlumatına görə, martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda Yurqen Kloppun yetirmələri minimal hesabla (0:1) London “Çelsi” klubuna məğlub olublar. Komanda eyni zamanda “Börnli” (0:1), “Brayton” (0:1), “Mançester Siti” (1:4) və “Everton” (0: 2) ilə qarşılaşmalarda məğlub olub.

“Liverpul” həmçinin ardıcıl beş ev oyununda məğlub olan İngiltərənin ilk hazırkı çempionu oldu.

Teqlər: