İngiltərənin “Liverpul” futbol klubu Çempionlar Liqasının 1/4
final mərhələsinin cavab oyununda Portuqaliyanın “Benfika” ilə
heç-heçə edib.
AzerTimes-ın məlumatına görə, Liverpulda keçirilən görüş 3:3 hesabı
ilə başa çatıb.
“Liverpul”un heyətində qolları İbrahima Konate (21-ci) və
Roberto Firmino (55, 65) vurub. “Benfika”nın heyətində Qonsalu
Ramuş (32), Roman Yaremçuk (73) və Darvin Nunes (82)
fərqləniblər.
Komandalar arasında ilk oyun Liverpulun qələbəsi (3:1) ilə başa
çatıb.