Livanlı sifarişçi İstanbul razılaşmasından sonra Odessadan yola çıxan “Razoni” gəmisindəki Ukrayna taxılından imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Livandakı səfirliyi məlumat yayıb.
“Livandakı son alıcı çatdırılma müddətində gecikmə (beş aydan çox) səbəbindən yükdən imtina edib”, – deyə bildirilib.
Məlumata görə, daşıyıcı alternativ alıcılar, o cümlədən Livandan kənar alıcıları nəzərdən keçirir.
Qeyd edək ki, ötən gün “Razoni” gəmisi hərəkət marşrutunu dəyişmişdi.