Livanın müdafiə nazirinə sui-qəsdə cəhd edildi

Livanın müdafiə nazirinə sui-qəsdə cəhd edildi

Livanın müdafiə naziri Moris Slimin olduğu avtomobil Beyrutda silahlılar tərəfindən atəşə tutulub.

AzerTimes xəbər verir ki, bu barədə MTV məlumat yayıb.

Məlumata görə, atəş zamanı müdafiə naziri xəsarət almayıb.

“Mənimlə hər şey qaydasındadır, sağ-salamatam və xəsarət almamışam”.

Bildirilib ki, güllələrdən biri nazir olduğu avtomobilin arxa şüşəsinə dəyib.

Teqlər: