Xəbər - Orxan Nəbiyev – Trend:
Livanın informasiya naziri Corc Kordahi istefa verib.
Trend-in məlumatına görə, bu barədə bu gün nazir özü jurnalistlərə bildirib. O, istefa ərizəsini ölkə prezidenti Mişel Auna təqdim etdiyini deyib.
Qeyd olunur ki, C.Kordahi bir neçə ay əvvəl “Əl-Cəzirə” telekanalının efirində Yəməndə husi üsyançılarını müdafiə edərək Səudiyyə Ərəbistanını və digər Körfəz ölkələrini bu ölkəyə hücumda ittiham etmişdi.
Nazirın açıqlamaları Livanla bir sıra ölkələrin münasibətlərinin gərginləşməsinə səbəb olmuşdu.