İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət daha da pisləşib.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“İsrailin Müdafiə Ordusunun əsgərləri Livanda Hizbullah qruplaşmasına zərbələr endirib. Bundan əlavə, qırıcılar Hizbullahın infrastrukturuna və hərbi obyektinə də zərbələr endirib”, – məlumatda bildirilib.
Qeyd olunur ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət pisləşib. İsrail ordusu və Livan Hizbullahının döyüşçüləri sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.