Livanda yenicə Baş Nazir olmuş Mustafa Ədib hökumət qurmaqdan imtina etdiyini və istefa verdiyini açıqlayıb.
“Siyasi blokların kabinet qurmaq uğrunda səy göstərdiyim müqaviləni pozduğuna görə sizdən üzr istəyirəm. Onlar hökumətin qurulması prosesini siyasiləşdirməkdən əl çəkmədilər”,-deyə Ədib Prezident Mişel Aun ilə görüşdən sonra bildirib.
Ədib Livandakı vəziyyəti sabitləşdirmək üçün Fransanın təşəbbüslərinin həyata keçirilməsinin zəruri olduğunu qeyd edib. “Livanı xilas etmək üçün Fransa Prezidenti Emmanuel Makronun siyasi böhranın həlli ilə bağlı təşəbbüsünü həyata keçirməyə davam etməliyik”,-deyə o sözlərinə əlavə edib.