Bu axşam Livandan İsrailin şimalına 30-a yaxın raket atılıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.
Qeyd olunub ki, raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və heç kim xəsarət almayıb.
Təxminən yarım saat sonra Neve Ativ ərazisinə daha 10 raket atılıb, onların hamısı açıq ərazilərə düşüb.
Bu hücumdan bir müddət sonra Livandan Məcdəl Şəmsə atılan bir raket futbol meydançasına düşüb və çoxsaylı insan tələfatına səbəb olub.
“Kanal 12” 9 nəfərin öldüyü, 30 nəfərin yaralandığı barədə məlumat yayıb.