İsrail ordusu oktyabrın 7-də Livan ərazisindən 190-dan çox mərmi atıldığını bəyan edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mərmilərin əksəriyyəti İsrailin şimal ərazilərinə atılıb.
Bundan əlavə, Livan ərazisindən 5 raket zərbəsinin endirildiyi vurğulanıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.