Livandan İsrail ərazisinə iki raket atılıb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə israilin Müdafiə Ordusunun “Twitter” səhifəsində deyilir.
Məlumata əsasən, raketlərdən biri “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər raket boş əraziyə düşüb:
“Biz əvvəlki kimi İsraili hər cəbhədə müdafiə etməyə hazırıq”.