19:03
Livanda rabitə cihazlarında yeni partlayışlar baş verib, nəticədə 100 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.
Yerli mediaya görə, peycerlərdən sonra radiolar, noutbuklar və telefonlar partlamağa başlayıb.
Sakinlərin sözlərinə görə, mobil telefon mağazaları və məişət texnikası da partlayır. Bəzi yaşayış binaları yanmağa başlayıb.
Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 4 min nəfər yaralanmışdı. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.
Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.