Livanın paytaxtı Beyrutda da minlərlə insan İsrail ordusunun Qəzzada xəstəxanaya raket zərbəsi endirməsinə etiraz əlaməti olaraq ABŞ səfirliyinə doğru yürüşə çıxıb.
AzerTimes xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, İsrail ordusunun Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurması nəticəsində 600 nəfərin öldüyü bildirilir.
İsrail isə məlumatı təkzib edib və xəstəxanaya “İslami-Cihad”ın atdığı uğursuz raketin düşdüyünü bildirib.