Livanda koronavirusdan ölənlərin sayı 3 min nəfəri ötüb

Livanda yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 min nəfəri ötüb.

AzerTimes-ın ölkənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində koronavirusa 2 631 nəfər yoluxub, 61 nəfər isə koronavirusdan ölüb.

Məlumata əsasən, hazırkı dövrədək ölkədə koronavirusa 298 913 yoluxma halı qeydə alınıb. Koronavirusa yoluxanlardan 178 472 nəfəri sağalıb, 3 032 nəfəri isə vəfat edib.