Livana yanar meteorit düşdü, yanğına səbəb oldu

Livana yanar meteorit düşdü, yanğına səbəb oldu

Livanın Akkar əyalətində yanan meteorit düşüb və yanğına səbəb olub.

Livanın milli “NNA” agentliyi bu xəbəri verib.

Agentlik qeyd edir ki, Əl-Təlil yaşayış məntəqəsinin sakinləri səmada sferik formalı meteoriti görüb təəccübləniblər. O, düzənlik əraziyə enib, ardınca plantasiyalarda yanğın başlayıb.