Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası üzrə razılaşma olub.
AzerTimes xəbər verir ki, bu barədə Livan parlamentinin sədri Nəbih Berri bildirib.
Onun sözlərinə görə, saziş 2020-ci ildən etibarən ikitərəfli niyyət memorandumunda nəzərdə tutulduğu kimi Naqoura sərhəd-keçid məntəqəsində imzalanacaq.