Livan prezidenti hökuməti istefaya göndərdi

Livan prezidenti hökuməti istefaya göndərdi

Livan Prezidenti Mişel Aun mayın 15-də keçirilən parlament seçkilərindən sonra müvəqqəti fəaliyyət göstərən hökuməti istefaya göndərib.

AzerTimes xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.

Dövlət başçısı yeni kabinetin yaradılması haqqında fərmanı Baş nazir Nəcib Mikati ilə fikir ayrılığına görə imzalamayıb.

Bundan əvvəl bildirilirdi ki, Aun iqamətgahı rəsmi olaraq oktyabrın 31-də başa çatacaq səlahiyyət müddətinin bitməsinə bir gün qalmış tərk edəcək.

Teqlər: