İran həmişə regionda gərginliyin azaldılmasına çalışır və müharibə istəmir.
AzerTimes xəbər verir ki, bu sözləri İranın Livandakı səfiri Müctəba Amani mümkün İsrail-Livan müharibəsi haqda danışarkən deyib.
O bildirib ki, buna baxmayaraq, İran və müqavimət qüvvələri müharibədən qorxmur və müqavimət bütün gücü və imkanları ilə İsrailin qarşısına çıxsa, Təl-Əviv başına nə gələcəyini təsəvvür belə edə bilməz.
Qeyd edək ki, Livandan atılan raket Qolan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsində stadiona düşüb, nəticədə 9 nəfər ölüm, 30 nəfər yaralanıb.
İsrailin buna cavab verəcəyi gözlənilir.