Livan İranın təklifinə qarşı çıxdı

Livan İranın təklifinə qarşı çıxdı

BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası yalnız Livan hökumətinin səlahiyyətinə daxildir və İran parlamentinin başçısı Məhəmməd Bagir Qalibafın bununla bağlı təklifi qəbuledilməzdir.

AzerTimes xəbər verir ki, bu sözləri Livanın Baş naziri Nəcib Mikati deyib.

O, Hizbullah və İsrail arasında atəşkəs danışıqlarını nəzərdə tutan qətnamənin icrası ilə bağlı İranın hər hansı müdaxiləsinə qarşı olduqlarını bildirib.

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Fransanın “Figaro” qəzetinə müsahibəsində İranın adı çəkilən qətnamənin həyata keçirilməsində Parislə müzakirələr aparmağa hazır olduğunu bildirib.

Teqlər: