Livanın səhiyyə naziri vəzifəsini icra edən Həməd Həsən ölkənin tibb sektorunu dəstəkləmək çərçivəsində Fransa İnkişaf Agentliyi ilə 1,2 milyon avro (1,4 milyon ABŞ dolları) məbləğində müqavilə imzalayıb.
Trend Elnashra xəbər saytına istinadən xəbər verir ki, müqavilə dərmanların təhlükəsiz saxlanmasını, qan köçürmə proseslərini və s. işlərin maliyyələşdirməsinə istiqamətləndirilib.
Qeyd edilir ki, Livanın tibb sektoru əsas tibbi ləvazimatları idxal etmək üçün istifadə olunan valyuta ehtiyatlarının olmaması səbəbindən böhran keçirir.