Livan Silahlı Qüvvələrinin komandanlığı ölkənin cənubunda yerləşdirilən bölmələrin sayını 10 minə çatdırmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə ordu komandanlığındakı mənbəyə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, Livan Silahlı Qüvvələri şəxsi heyətin sayının artırılmasını maliyyələşdirmək üçün dost ölkələrin orduları ilə əlaqə saxlayır.