Litvaya qarşı belə şərəfsiz hərəkətlər etməyəcəyik – Slutski

Litvaya qarşı belə şərəfsiz hərəkətlər etməyəcəyik – Slutski

Litvanın hərəkətlərinə cavab olaraq Rusiya litvalı yük maşınlarının öz ərazisindən tranzitinə qadağa qoya bilər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski bildirib.

“Biz sırf siyasi qərar, antirusiya qərarını görürük. Cavab olaraq biz nəzəri olaraq Litvanın yük maşınlarının Rusiya ərazisindən tranzitinə qadağa qoya bilərik. Litva Klaypeda vasitəsilə Avropa yüklərinin tranzitindən ciddi pul qazanır, ona görə də bu, onlar üçün böyük zərbə olacaq. Amma yəqin ki, hələlik belə şərəfsiz hərəkətlər etməyəcəyik”, – Slutski vurğulayıb.

Qeyd edək ki, Litva Dəmir Yolları keçən həftə Kalininqrad Dəmir Yolunu AB sanksiyalarına düşən bir sıra yüklərin tranzitinin dayandırılması barədə xəbərdar edib.

Teqlər: