Mixail Qorbaçov cinayətkar idi.
AzerTimes xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.
“Qorbaçov Vilnüs, Tiflis, Almatı, Bakıda və digər şəhərlərdə dinc etirazların vəhşicəsinə yatırılmasına göstəriş verən cinayətkar idi. Onun tövbəsi yoxdur. Onun yeganə müsbəti o idi ki, Sovet İttifaqının təslim olmasına imza atdı”, – Anuşauskas bildirib.
Qeyd edək ki, Mixail Qorbaçov dünən 92 yaşında ölüb.