Rusiya ilə iqtisadi əlaqələrin vaxtilə kəsilməsi Vilnüs üçün düzgün addım idi. Buna görə də bəzi ölkələri Litvanın nümunəsini izləməyə çağırıram.
AzerTimes xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda deyib.
“Düşünürəm ki, biz Litvanın Rusiyanın enerji və iqtisadi şantajına daha davamlı olması üçün çox işlər görmüşük. Bu gün bəzi Qərbi Avropa ölkələrinə baxanda Litvanın uzun yol qət etdiyini görürəm”, – prezident bildirib.
O xatırladıb ki, Litva özünü Rusiyanın enerji mənbələrindən tamamilə müstəqil elan edib, Almaniya isə qışda enerjiyə qənaət üçün müxtəlif variantları nəzərdən keçirir.
Dövlət başçısının sözlərinə görə, Almaniya il yarım ən çətin dövr yaşaya bilər, sonra isə Rusiya asılılığından qurtulacaq.