Litvanın hazırkı Prezidenti Gitanas Nauseda protokolların 70 faizinin hesablanmasından sonra prezident seçkilərində 47,63% səslə liderdir.
AzerTimes xəbər verir ki, bu barədə Litvanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edək ki, qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Namizədlərin heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.