Litvada məktəblər distant təhsilə keçir

Xəbər - Orxan Nəbiyev – Trend:

Litvada koronavirus infeksiyasının sürətlə yayılması ilə əlaqədar ölkənin şimalındakı Akmene şəhərində orta məktəblər distant təhsilə keçir.

Trend-in məlumatına görə, bu barədə bu barədə şəhərin meri Vitaliyus Mitrofanovas bildirib.

Onun sözlərinə görə, yanvarın 24-dən etibarən şəhərdəki bütün məktəblərdə 5-12-ci sinif şagirdləri distant təhsilə keçəcək.


Qeyd olunur ki, son günlər ərzində şəhərdə 30-dan çox məktəbli koronavirusa yoluxub.

Bundan başqa, Akmene şəhərində idman və mədəniyyət tədbirlərinin, qapalı məkanlarda tədbirlərin keçirilməsi qadağan edilir.