Litvada “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvəndin vaksinasiya kampaniyasında istifadəsi dayandırılıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə naziri Arunas Dulkis deyib.
A.Dulkis bildirib: “Bu gün Dərmanlara Nəzarət üzrə Dövlət Xidmətindən bir tövsiyə aldım. Xidmət Avropa İttifaqının digər müəssisələri kimi, “AstraZeneca” peyvəndinin istifadəsini dayandırmağı tövsiyə etdi”.
Qeyd edək ki, vaksinasiya kampaniyası çərçivəsində “AstraZeneca” peyvəndindən istifadə daha əvvəl Almaniya, Fransa, İtaliya, İspaniya, Sloveniya, Portuqaliya, Kipr, İsveç, Latviya və Lüksemburqda dayandırılıb.