Litva və Polşa sərhədləri sərbəst hərəkət üçün açıldı

Litva və Polşa sərhədləri sərbəst hərəkət üçün açıldı

Polşa və Litva sərhədlərində pandemiya tədbirləri çərçivəsində sərbəst hərəkətə qoyulan 3 aylıq qadağa götürülüb.

Bu münasibətlə iki ölkənin Baş Nazirləri Polşanın Budzisko kəndində yerləşən sərhəd-keçid məntəqəsində mətbuat konfransı keçirib.

“Biz normal həyata qayıdırıq. Bizim ölkələrin həm Avropa İttifaqında, həm də iqtisadiyyat və mədəniyyət sferalarında güclü inkişaf perspektivi var”,- deyə Polşanın Baş Naziri Mateuş Moravetskiy qeyd edib.

Litvanın Baş Naziri Saulyus Skvernyalis isə bildirib ki, hər iki ölkə pandemiya kimi çətinliklərin öhdəsindən gələ biləcəyini sübut edib.

“Hökümətlərimiz pandemiyanı nəzarət altına almağa və müəssisələri qorumağa müvəffəq oldu”,- deyə o, sözlərinə əlavə edib.

Xatırladaq ki, 10 iyunda Polşa hakimiyyəti iyunun 13-dən etibarən Aİ ölkələri ilə sərhədlərin açılacağını elan etmişdi.